Təyyarənin partladılması xəbəri təkzib olundu

Təyyarənin partladılması xəbəri təkzib olundu
  25 May 2016    Oxunub:2034
Misir məhkəmə-tibb ekspertizası xidmətinin rəhbəri Hişam Əbdülhəmid guya əməkdaşları tərəfindən “Egyptair” təyyarəsinin göyərtəsində partlayış haqqında bəyanat verilməsi ilə bağlı KİV-lərin xəbərlərini təkzib edib.
Bu barədə məlumatı MENA dövlət informasiya agentliyi yayıb. H.Əbdülhəmidin sözlərinə görə, məlumat həqiqətə uyğun deyil və Misir məhkəmə-tibb ekspertizasından heç kim belə bir bəyanat verməyib.

Xatırladaq ki, bundan əvvəl bir sıra KİV-lər istintaq qrupunun adı açıqlanmayan ekspert üzvünə istinadən xəbər yayıblar ki, guya o, sərnişinlərin qalıqlarının baxışında şəxsən iştirak edib və təhlillərdən belə nəticə çıxır ki, “Egyptair”ə məxsus A320 təyyarəsində partlayış olub. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti