`Prezidentlik əyləncə deyil` - Obama

`Prezidentlik əyləncə deyil` - Obama
  07 May 2016    Oxunub:1831
ABŞ seçiciləri prezident postuna namizəd Donald Trampa dəstək verməkdən əvvəl yaxşı götür-qoy etməlidirlər.
Bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxış edərkən deyib.

“Dövlət başçısının üzərinə böyük məsuliyyət düşür. Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”, deyə B.Obama vurğulayıb. O, həmçinin ABŞ xalqının seçkilərdə ən layiqli namizədə səs verəcəyinə ümid etdiyini ifadə edib.

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti