Azərbaycanlı məşqçi erməniləri ətrafına toplayıb - VİDEO

Azərbaycanlı məşqçi erməniləri ətrafına toplayıb - VİDEO
  07 May 2016    Oxunub:3620
Mayın 7-də Riqada azərbaycanlı Vəli Məmmədovun rəhbərlik etdiyi FLASHPROMOTİON təşkilatı özünün ilk AllfortheVictory turnirini keçirəcək.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, Vəli Məmmədov Rusiyada yaşayan gənc məşqçi və promouterdir. Təəccübləndirən isə odur ki, öz təşkilatının bayrağı altına o, yalnız rusiyalıları deyil, həm də erməniləri toplayıb. Bu azmış kimi, o, Riqada qəribə “şou” təşkil etmək qərarına gəlib — azərbaycanlılar ermənilərə qarşı. Məsələn, Məmmədovun komandasından olan Petros Ananyan Latviyada yaşayan azərbaycanlı Zaur Sadıxovla döyüşəcək. Digər qarşıdurmada FLASHPROMOTİON-un iki boksçusu — Azərbaycan yığmasının keçmiş üzvü, 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı, dağıstanlı Soltan Migitinov və Lendruş Akopyan üz-üzə gələcəklər.

“Bizdə erməni döyüşçülər azərbaycanlılarla bir yerdə çıxış edirlər. Burada heç bir siyasi çalar axtarmağa dəyməz, bu xalis idmandır. Əgər bu təxribatdırsa da, sülhməramlıdır. Qoy bütün mübahisələr rinqdə həll olunsun və qonqun zərbəsi ilə bitsin”, - Vəli Məmmədov deyib.



AzVision.az


Teqlər:





Xəbər lenti