Tükürpədici qətl: 16 yaşlı qızı diri-diri yandırdılar

Tükürpədici qətl: 16 yaşlı qızı diri-diri yandırdılar
  06 May 2016    Oxunub:2620
Pakistanda tükürpədəci cinayət hadisəsi baş verib.
AzVision.az BBC-ə istinadən xəbər verir ki, Pakistanın Hayber-Paxtunxva vilayətində 16 yaşlı qız rəfiqəsinə sevdiyi oğlanla ailə qurmaq üçün qaçmağa kömək etdiyinə görə kənd ağsaqqallarının qərarı ilə qətlə yetirilib.

Qızın rəfiqəsinə kömək etməsi kənd ağsaqqalları tərəfindən namussuzluq kimi qiymətləndirilib. Ağsaqqalların hökmu ilə gənc qız evindən oğurlanıb, maşına qoyularaq yandırılıb.

Onun yanmış cəsədinin fotosu sosial şəbəkələrdə paylaşılıb.

Yerli polis bildirib ki, hadisə ilə bağlı həbs olunanlar arasında cirgə adlanan yerli icmanın rəhbəri və ölənin anası da var.

Qeyd edək ki, ötən il bu zəmində qohumları tərəfindən Pakistanda 1100 qadın öldürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti