`Ərdoğanın kürəkəni baş nazir olsa...` - Rusiyadan açıqlama

`Ərdoğanın kürəkəni baş nazir olsa...` - Rusiyadan açıqlama
  06 May 2016    Oxunub:3574
“Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan istefa verməsi bu ölkənin Rusiya ilə münasibətlərinə təsir etməyəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov bildirib.

Davudoğlunun istefasına münasibət bildirən Rusiya rəsmisi qeyd edib ki, Moskva ilə Ankara arasındakı gərginlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın davranışlarından qaynaqlanır.

“Davudoğlu ikinci rolda idi. Baş nazirin dəyişməsi ən pis halda əlaqələrə ciddi təsir göstərməyəcək”.

Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrakın baş nazir olması haqda iddialara münasibət bildirən Puşkov bunun reallaşacağı təqdirdə Avropada Ərdoğana qarşı etirazların artacağını bildirib.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti