Ermənistanda yezidilər ayağa qalxdı

Ermənistanda yezidilər ayağa qalxdı
  06 May 2016    Oxunub:3929
Yezidilər icmasının onlarla üzvü Ermənistan prezidentinin iqamətgahı yaxınlığında etiraz aksiyası keçirib.
Erməni KİV-ləri xəbər verir ki, onlar həbs olunmuş sahibkar Djindi Amaryanın azadlığa buraxılmasını tələb ediblər.

Etirazçılar onun həbsini qeyri-qanuni hesab edirlər. “Şams” humanitar ictimai təşkilatının rəhbəri Rüstəm Bakoyan sayta açıqlamasında bildirib ki, Amaryan aprelin 2-dən həbsdədir.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (qəsb, geniş miqyasda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ittiham irəli sürülüb.

“Bütün yezidi təşkilatları, əhalisi və məmurları etiraz edirlər ki, səslərini ölkə prezidentinə çatdırsınlar. Amaryanı günahkar olmadığı işə görə ittiham edirlər. Deyirlər ki, o guya özünə məxsus olan restoranlardan birindən nəyi isə qəsb edib.

Amma bizdə dəqiq məlumat var ki, o belə bir şey etməyib. Həmin hadisədən əvvəl onun anası dünyasını dəyişmişdi və o, matəm içərisində idi. O başqa heç bir şeylə məşğul ola bilməzdi”, - deyə qohumları sayta bildiriblər. (Virtualaz.org)


Teqlər:  





Xəbər lenti