Gümrüdə kütləvi dava: Ölən və yaralı var

Gümrüdə kütləvi dava: Ölən və yaralı var
  04 May 2016    Oxunub:3031
Ermənistanın Gümrü şəhərində kütləvi dava olub.
AzVision.azerməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində bıçaqlanan iki nəfər xəstəxanaya çatdırılıb.

Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, yaralılar Artur Ç və 49 yaşlı Aşot E ötən gün axşam saatlarında xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Artur Ç xəstəxanada ölüb.

İlkin məlumatlara görə, xəsarət alan şəxslərin hər ikisi taksi sürücüsüdür. Onları mübahisə zamanı Ovo adlı şəxs bıçaqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti