İstanbulda partlayış: ölən və yaralılar var

İstanbulda partlayış: ölən və yaralılar var
  30 Aprel 2016    Oxunub:2071
Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Florya adlanan ərazidə yerləşən avtomobil satış məntəqəsində qeydə alınıb.

İlkin məlumata görə, “Cihan Pars” avtomobil salonunda bir qrup insan arasında dava düşüb. Dava zamanı tərəflərdən biri salona əl qumbarası atıb, sonra isə silahdan atəş açıb. Nəticədə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

Faktla bağlı İstanbul polisi əməliyyat tədbirlərinə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti