Alman deputat erməni təxribatlarını pislədi

Alman deputat erməni təxribatlarını pislədi
  30 Aprel 2016    Oxunub:1888
Hazırkı hərbi təxribatlar Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq cəhdlərinə mane olur.
Bunu Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bildirib.

H. Novak qeyd edib ki, ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası “dondurulmuş münaqişələrin” həlli ilə daha çox məşğul olacağını bəyan edib:

“Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür.

Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır.

Təəssüf ki, hazırkı hərbi təxribatlar Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq cəhdlərinə mane olur. Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir”. (Apa)


Teqlər:





Xəbər lenti