Sumqayıtda intinar: xəstə özünü binadan atdı

Sumqayıtda intinar: xəstə özünü binadan atdı
  30 Aprel 2016    Oxunub:3415
Sumqayıtda intihar hadisəsi baş verib.
AzVision.az xeberle.com-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb.

Xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib.

Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti