`Baqratyan atom bombasını evdə saxlayır?`

`Baqratyan atom bombasını evdə saxlayır?`
  30 Aprel 2016    Oxunub:6964
“Ermənistan rəsmiləri hər gün bir sərsəm bəyənat verməklə məşğuldur. İndi də Ermənistanın sabiq baş naziri deyib ki, guya onların atom bombaları var. Bu fikri ancaq xəstə düşüncəli insan səsləndirə bilər”.
Bunu AzVision.az-a hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, Baqratyanın dediyi kimi Ermənistanın nüvə silahı varsa, düşmən unutmasın ki, Azərbaycanın da nüvə silahı Pakistanda yerləşir:

“Pakistan Azərbaycana təklif edib ki, erməniləri ağıllandırmaq üçün nüvə silahını Azərbaycana verməyə hazırdılar. Ermənilər Rusiyadan nüvə silahı almaq istəyirlərsə, bu, onların öz işidir. Bizim heç nədən qorxumuz yoxdur. Azərbaycan onlarla üzbəüz döyüşərək düşmənə yerini göstərəcək.

Belə sərsəm bəyənatlara görə, erməni generallara, siyasətçilərə yazığım gəlir. Ermənistanın sabiq baş naziri nüvə silahını evində saxlayır ki, indi də etiraf edir. Onun sözləri yalan və gülüncdür. Dünyanın aparıcı ölkələri ABŞ, Fransa, İngiltərə və digərləri indiyə qədər belə bir məlumat olsaydı, çoxdan Ermənisatndan bunun hesabını sorardı”.

Ü.Cəfərov qeyd edib ki, son döyüşlərdən sonra ermənilər qorxuya düşüb. Onlar vəziyyətdən çıxmaq üçün sərsəm fikirlər səsləndirirlər.

Qeyd edək ki, Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti