Gürcü nazir Qarabağa görə Zakir Həsənova zəng etdi

Gürcü nazir Qarabağa görə Zakir Həsənova zəng etdi
  29 Aprel 2016    Oxunub:3233
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək onlarla Dağlıq Qarabağa münaqişə zonasında vəziyyəti müzakirə edib.
Bu barədə AzVision.az Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək Dağlıq Qarabağ münaqişə zonasında vəziyyəti müzakirə edib. Tina Xidaşeli cəbhədə atəşkəsin əldə olunacağına və prosesin danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd olunub.

Nazirin sözlərinə görə, regionda sabitlik Gürcüstan üçün həyatı əhəmiyyətə malikdir və beynəlxalq birlik vəziyyətin gərginləşməsinin qarşının alınması üçün təbirlər görməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti