Azərbaycana ova gələn ərəblər cərimələndi

Azərbaycana ova gələn ərəblər cərimələndi
  19 Aprel 2016    Oxunub:2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması ilə bağlı ölkə ərazisində növbəti reyd keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 13 aprel 2016-cı il tarixində Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedən saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti