`Vətən uğrunda döyüşməyə hazırıq` - Ermənini məğlub edən boksçumuz

`Vətən uğrunda döyüşməyə hazırıq` - Ermənini məğlub edən boksçumuz
  16 Aprel 2016    Oxunub:2903
“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”.
AzVision.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.

Yarımfinalıda ermənistanlı Aram Avaqyanı məğlub edən C.Çələbiyev vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildirib:

“Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətən uğrunda döyüşməyə hazırıq”.

C.Çələbiyev qələbəsini hərbi salamla qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti