İdmançımız ermənini məğlub etdi

 İdmançımız ermənini məğlub etdi
  15 Aprel 2016    Oxunub:10980
Türkiyənin Samsun şəhərində davam edən boks üzrə Avropa qitəsi boksçularının lisenziya xarakterli turnirində çıxış edən boksçumuz Cavid Çələbiyev yarımfinalında erməni rəqibi Aram Avaqyanla qarşılaşıb.
AzVision.az xəbər verir ki, həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib.

56 kq çəki dərəcəsində yer alan C.Çələbiyev bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi Böyük Britaniyadan olan idmançı Aşfaq Qais olacaq. A.Qais yarımfinalda ukraynalı Mikola Butsenkonu məğlub edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti