Azərbaycanda 339 ailə övladlığa uşaq götürmək istəyir

Azərbaycanda 339 ailə övladlığa uşaq götürmək istəyir
  15 Aprel 2016    Oxunub:2267
Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10105 nəfərdir.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva bildirib. Onun sözlərinə görə, uşaqlar əsasən, 5-17 yaş arasındadır. Belə ki, həmin uşaqlardan 33-ü tamamilə valideyn himayəsindən məhrumdur.

Şöbə müdiri qeyd edib ki, hazırda 33 uşağın övladlığa verilməsi nəzərdə tutulub. Həmin uşaqların 17-si sağlamdır və onların yaşı 10-dan yuxarıdır:

“Uşaqlardan 16-sının sağlamlıq imkanı məhduddur. Lakin Azərbaycanda vətəndaşlar sağlam və əsasən 3-6 yaş arası uşaqları himayəyə götürmək istəyirlər. Ümumilikdə 2010-15-ci illərdə 52 uşaq övladlığa verilib. 339 nəfər isə övladlığa uşaq götürmək istəyir”.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:  





Xəbər lenti