`Qarabağ problemi niyə həll olunmur?`- Ərdoğan həmsədrlərə sual verdi

`Qarabağ problemi niyə həll olunmur?`- Ərdoğan həmsədrlərə sual verdi
  15 Aprel 2016    Oxunub:3276
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədlərini fəaliyyətsizlikdə ittiham edib.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı lazımı hüquqi sənədlər olsa da ATƏT-in Minsk qrupunun həmsədləri münaqişənin nizamlanması üçün addımlar atmayıb:

“25 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ problemi həll olunmur. ATƏT-in nə iş gördüyünü anlamırıq. Həmsədrlər problemin həlli üçün daha çox səy göstərilməli, bunun üçün ciddi addımlar atılmalıdır”.

Ərdoğan əlavə edib ki, İslam dünyasınının 3 böyük problemi var: “Məzhəbçilik, irqçilik və terror. Məzhəbçilkdə müsəlman “Allahu əkbər!” deyərək ölür, öldürən də “Allahu əkbər!” deyərək öldürür. Bu necə müsəlmanlıqdır? Biz məzhəbçilik nöqtəsində nə şiə, nə sünniyik. Bizim bir dinimiz var: İslam. Başqalarına da hörmətimiz var.” - deyə o, vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti