Ermənistan özü-özünü ifşa edir

Ermənistan özü-özünü ifşa edir
  15 Aprel 2016    Oxunub:3476
“Ermənistan müdafiə məsələsində Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT) və digər strukturlara yox, yalnız özünə güvənməlidir”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan həmişə KTMT-a müraciət edə bilər, lakin belə yanaşmanın məqsədəuyğunluğu sual altındadır.

Nazir müavini vurğulayıb ki, Ermənistanın bu və ya digər təşkilata üzvlüyü birmənalı dəstək anlamına gəlmir: “Biz bu yaxınlarda baş verən Qarabağ hadisələrinə qədər dəfələrlə deyirdik ki, ilk öncə yalnız özümüzə güvənməliyik. Çünki, artıq gözləntilər təhlükəli ola bilər. Digər tərəfdən isə xüsusilə tərəfdaşlar olmaqla, bütün ölkələrlə əlaqələrin vacibliyi nəzərə alınmalıdır”.

Nazir müavini, həmçinin KTMT çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərinin hərbi-texniki və hərbi-iqtisadi cəhətdən sərfəli olduğunu da bildirib. “KTMT-nın baş katibi Nikolay Bordyuja Qarabağdakı vəziyyətə reaksiya verib”.

Qeyd edək ki, cəbhədəki son döyüşlərdən sonra Ermənistan tərəfinin “biz yalnız özümüzə güvənməliyik”-deyə bəyanat verməsi düşmən ölkənin dünya dövlətləri tərəfindən dəstəklənmədiyi haqda deyilənləri bir daha sübur etdi. Xüsusən də Ermənistanın Qarabağdakı son döyüşlərə görə Rusiya rəhbərliyinə aqresiv münasibət göstərməsi diqqətdən yayınmır. Sözsüz ki, Ermənistan Azəbaycanla müharibə edə biləcəcək gücdə deyil. Bu baxımdan düşmən ölkə ona himayə edən dövlətlərin gücünə güvənirdi. Son hadisələrdə dünyanın aparıcı ölkləri Azərbaycana dəstək nümayiş etdirdilər. Bu da özlüyündə dünya güclərinin Ermənistanın yox, Azərbaycanın tərəfində olmasından xəbər verir.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti