Ermənistan yenə Roqozindən əl çəkmir

Ermənistan yenə Roqozindən əl çəkmir
  15 Aprel 2016    Oxunub:3922
“Rusiya baş nazirinin müavini Dmitri Raqozinin çıxışı hökumət nümayəndəsinə yaraşmır”.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin müavini Savarş Koçaryan “Raqozinin bəyənatını necə şərh edirsiniz?” sualına cavab verərkən bildirib.

Koçaryanın sözlərinə görə, bu cür nitq dövlət xadimi və məmura yaraşmır: “Şəxsən mən özüm bu cür danışıq tərzindən istifadə etmirəm”.

Qeyd edək ki, Raqozinin səsləndirdiyi bu fikirlər İrəvanda etiraza səbəb olub: “Mənim səfərimdən sonra orada (Ermənistanı nəzərdə tutur-red) dəhşətli demaqoqluq başladı. Adlar çəkmək istəmirəm, lakin insanlar özlərini pis apardılar”

Söhbət Raqozinin ötən ayın əvvəlində Bakıya etdiyi səfərdən gedir. Həmin səfərin əsas məqsədi Rusiya-Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq olub.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti