Lukaşenkonun qərarı İrəvanı ciddi narahat edir

Lukaşenkonun qərarı İrəvanı ciddi narahat edir
  15 Aprel 2016    Oxunub:4699
Belarusun qəbul etdiyi yeni hərbi doktrina Ermənistanda ciddi narahatlıq yaradıb.
AzVision.az-ın məlumatına görə, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Belarusun yeni hərbi doktrinası təkcə Ermənistan deyil, bütün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün problemdir.

“Ermənistan açıq şəkildə Belarusun Qarabağla bağlı mövqeyinə narazılığını bildirib. Mən Belarus səfirini XİN-ə dəvət etdim, bundan başqa, xarici siyasət idarəsinin rəhbəri belaruslu həmkarı ilə söhbət apardı və onlar bir qədər yumşaq mövqe təqdim etdilər”, - deyə Köçəryan bildirib.

Qeyd edək ki, aprel ayının 4-də Qarabağda təmas xəttində döyüşlərin getdiyi günlərdə qısa müddət ərzində Belarus Milli Məclisinin Nümayəndələr Palatası “Belarus Respublikasının Hərbi Doktrinasının təsdiqi haqda” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkənin yeni hərbi doktrinası Belarus ordusunun ölkə hüdudlarından kənarda silahlı əməliyyatlarda iştirakını qadağan edir. Belə ki, Belarus ordusunun xaricdə hərbi əməliyyatlarda bu cür iştirak heç vaxt baş tutmayacaq.

KTMT-yə Təşkilatına Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Bundan başqa rəsmi Minsk Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı rəsmi bəyanat yaymışdı. Bəyanatda deyiliridi ki, Belarus münaqişənin beynəlxalq hüququn prinsip və normalarına, ilk növbədə suverenliyin təmin olunması, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin pozulmaması prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurası və ATƏT-in müvafiq qətnamələrinə uyğun həllini dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti