Yol polisi deputatı cərimələdi

Yol polisi deputatı cərimələdi
  15 Aprel 2016    Oxunub:5946
“Bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin təşkil etdiyi tədbirə gedirdim, Dövlət Yol Polisi əməkdaşları maşınımı saxlayıb, cərimə yazdılar. Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, deputatlara qarşı bu cür münasibət yol verilməzdir: “Deputat inzibati xətaya yol veribsə, Milli Məclisə müraciət olunmalıdır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq tədbir görülməlidir”.

Deputat Fəzail Ağamalı həmkarının fikirlərini dəstəkləyib. Onun sözlərinə görə, birinci dəfə deyil ki, millət vəkillərinə bu cür hal baş verir, bunlar aradan qaldırılmalıdır.

Anar Kəlbiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti