`Biz Ermənistanla müharibə aparmamışıq` - Oqtay Əsədov

`Biz Ermənistanla müharibə aparmamışıq` - Oqtay Əsədov
  15 Aprel 2016    Oxunub:1905
“Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”.
Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Parlament sədri bildirib ki, Azərbaycan sülh tərəfdarıdır: “Ona görə də Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan etdi. İndi də sülh danışıqları gedir. Biz bütün hallarda müharibəyə hazırıq, buna dövlətimizin, ordumuzun gücü var”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti