`Bank rəhbərləri Milli Məclisə çağırılsın` - Deputatdan təklif

`Bank rəhbərləri Milli Məclisə çağırılsın` - Deputatdan təklif
  15 Aprel 2016    Oxunub:2409
“Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, banklarda likvidlik problemi var və kredit portfelində göstəricilər qənaətbəxş deyil:

“Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim, шndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini Milli Məclisə dəvət edib, problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımmlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti