`Rusiya təyyarəsini vura bilərdik` – Con Kerri

`Rusiya təyyarəsini vura bilərdik` – Con Kerri
  15 Aprel 2016    Oxunub:2689
“ABŞ hərbçiləri Baltik dənizindəki hərbi gəmilərdən birinə çox yaxın uçan rus təyyarələrini vurmaq hüququna malik olub”.
AzVision.az Reuters`-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Rusiyanın iki hərbi təyyarəsinin bazar ertəsi ABŞ-a məxsus gəminin bir neçə metrliyindən uçmasına münasibət bildirərkən deyib.

“Rusiya Müdafiə Nazirliyi bildirib ki, Su-24 qırıcıları USS Donald Kuk gəmisini izlədikdən sonra tam təhlükəsiz məsafədə dönərək geri uçub. Biz bu cür hərəkətləri pisləyirik. Bu, düşüncəsizlikdir. Bu, təxribatdır, qorxuludur. Həm də hərbi əməliyyatların aparılma qaydalarına görə onlar səmada vurula bilərdi”, - deyə Kerri bildirib.

O əlavə edib ki, ABŞ açıq dənizdə hədə-qorxu gəlmək istəmir və bu cür təhlükəli jestlə bağlı Rusiyaya mesaj göndərilib.

Kerri ABŞ Hərbi Dəniz Donanmasının qırıcılara atəş açmamasının səbəbini açıqlamayıb.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti