Zakir Həsənov şəhid uşağının əlindən öpdü - VİDEO

Zakir Həsənov şəhid uşağının əlindən öpdü - VİDEO
  15 Aprel 2016    Oxunub:42118
Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının alnından öpüb.
AzVision.az Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün nazirliyin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onlara təsəlli verib.

Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazirin şəhid anasının alnından və şəhid övladının əlindən öpməsi insanları qürurlandırıb.

Qeyd edək ki, Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları II Fəxri xiyabanda dəfn ediliblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti