Erməni iki əsgər yoldaşını güllələyərək öldürüb

Erməni iki əsgər yoldaşını güllələyərək öldürüb
  15 Aprel 2016    Oxunub:3389
Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib.
AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Belə ki, Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib.

İstintaq idarəsinin yaydığı ilkin məlumatlara görə, hərbçi onu təhqir edən Avetisyan və Aramyanı güllələyərək öldürüb.

İstintaq Komitəsi hələlik hərbçinin adının açıqlamayıb. Bununla belə ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti