Amerikalı professor `erməni soyqırımı` iddialarını yalanladı
Tarixçi bildirib ki, bu dövrdə rusların işğal etdiyi torpaqlarda ermənilər “polis” funksiyasını yerinə yetirib. “Ruslar 1877 – 78-ci illərdə Anadolunu işğal etdilər və bu vaxt ermənilərin böyük əksəriyyəti rusların tərəfini saxlayaraq onlar üçün bələdçilik və cəsusluq ediblər. İşğal edilmiş torpaqlarda ermənilər “polis” funksiyasını yerinə yetirdilər və türklərə əziyyət verdilər. 1878-ci il sülh müqaviləsi nəticəsində Şimal-Şərqi Anadolunun böyük bir hissəsi Osmanlıyaqaytarıldı. Ruslara yardım etdikləri üçün intiqam alınacağını fikirləşən ermənilər qaçmağa başladı. Halbuki türklər heç bir vaxt intiqam barədə düşünməyiblər.”
Van vilayətini işğal edən ermənilərin bölgədəki bütün müsəlmanları qətlə yetirdiyini deyən Makkarti ermənilərin özlərinə aid etdikləri 6 vilayətdə müsəlman sayının onların göstərdiklərindən daha çox olduğunu vurğulayıb.
“Osmanlı Ermənistanı kimi adlandırılan 6 vilayətin sadəcə 17%-i ermənilərdən ibarət olub. Bu bölgədə əhalinin 78%-i müsəlmanlar olub. Bu vəziyyətin erməni üsyançılar üçün fərqli nəticələri ola bilərdi. Ona görə də onların planlaşdırdıqları Ermənistanın qurulması üçün yeganə yol müsəlman əhalinin bölgədən çıxarılmasıydı.”
Rusların təhriki ilə dövlət qurmaq xəyalı quran ermənilərin ingilislərə də bəzi təkliflərlə müraciət etdiklərini deyən professor bildirib ki, I və II-ci dünya müharibəsi dövründə baş verənlərə aid bütün sənədlər İngiltərə arxivində saxlanılır. Professor Makkarti həmçinin, Balkan bölgəsində yaşayan müsəlman və türklərin, etnik təmizləmə siyasəti qarşısında öz əhalisinin ⅔-ni itiediyini, amma bunun kifayət qədər gündəmə gətirilmədiyini bildirib.
AzVision.az
Teqlər: