Əsəd strateji yüksəklikləri ələ keçirdi

Əsəd strateji yüksəklikləri ələ keçirdi
  15 Fevral 2016    Oxunub:1268
Suriyanın hökumət qüvvələri Rəqqa əyalətinin qərbində yerləşən strateji yüksəkliklər üzərində nəzarəti ələ keçiriblər.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sputnik" agentliyi məlumat yayıb.

"Suriya ordusu Rəqqa əyalətinin qərb tərəfindən hücuma keçib. İŞİD terrorçuları ilə şiddətli döyüşdən sonra strateji yüksəkliklər üzərində nəzarəti ələ keçirmək mümkün olub", — deyə mənbə bildirib.

Bunadək İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Rəqqa əyalətini ələ keçirərək oranı "xilafət"in paytaxtı elan etmişdilər.


Teqlər:





Xəbər lenti