Rusiyadan Ukraynaya qarşı qadağa

Rusiyadan Ukraynaya qarşı qadağa
  15 Fevral 2016    Oxunub:1616
Rusiyanın Nəqliyyat Nazirliyi Ukrayna qeydiyyatı olan yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib.
Nazirlik bunun Ukraynadakı “Avtomaydan” hərəkatı fəallarının hərəkətinə cavab olduğunu bəyan edib.

Hərəkatın fəalları fevralın 11-dən Rusiyaya məxsus yük maşınlarının Ukrayna ərazisində hərkətini əngəlləyir. Onlar Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edirlər.

Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynanın qərbindəki bütün sərhəd-buraxılış məntəqələrində Rusiya qeydiyyatlı maşınların hərəkəti dayandırılıb.

Rusiya nəqliyyat nazirliyinin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində hazırda 100-dən çox yük maşını ilişib qalıb.

Bundan başqa Avropa Birliyi ölkələrindən gələn 500-dək yük maşını Ukrayna sərhədini keçə bilmir.


Teqlər:





Xəbər lenti