NATO Egey dənizində hərbi gücünü artırır

NATO Egey dənizində hərbi gücünü artırır
  14 Fevral 2016    Oxunub:1550
NATO hərbi gəmiləri Egey dənizində miqrant axınının qarşısın almaq üçün fəaliyyətə başlayıb.
Bu sözləri Münhen Təhlükəsizlik Konfransındə NATO-nun Avropa Müttəfiq Qüvvələri komandiri general Filip Bridlav jurnalistlərə açıqlamasında deyib.

Generalın sözlərinə görə, yaxın vaxtlarda gəmilərin sayı artırılacaq: “İlkin mərhələdə 5 gəmi xidmət edir. Lakin gəmilərin sayı artırılacaq. Digər alyans ölkələri də dəstək verməyə hazırdır”.

NATO rəsmisi gəmilərinin əldə edəcəkləri məlumatları Türkiyə və Yunanıstan hərbi orqanlarına ötürəcəyini bildirib.


Teqlər:





Xəbər lenti