Səudiyyənin hərbi təyyarələri Türkiyədə: Əməliyyat hazırlanır

Səudiyyənin hərbi təyyarələri Türkiyədə: Əməliyyat hazırlanır
  14 Fevral 2016    Oxunub:2727
İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanın hərbi təyyarələri Türkiyənin “İncirlik” aviabazasına gəliblər.

AzVision.az Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına istinadla xəbər verir ki, bunu krallığın Müdafiə Nazirliyinin müşaviri, general Əhməd Asiri açıqlayıb.

Asiri Türkiyəyə məhz neçə təyyarənin göndərildiyini dəqiqləşdirməyib. “Bu, koalisiyanın hədəflərinin sayından asılı olacaq”,- deyə o, vurğulayıb.

General əlavə edib ki, quru qoşunlarının Türkiyəyə göndərilməsi hələ ki aktual deyil.

- Türkiyəyə təyyarələrin göndərilməsi ikitərəfli müqavilə əsasında yox, Antiterror koalisiyası çərçivəsində həyata keçirilib,- deyə o, əlavə edib.

Qey edək ki, son günlərdə Türkiyənin Səudiyyə Ərəbistanına hərbi müdaxilə hazırlaması barədə intensiv xəbərlər yayılmaqdadır.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti