`Transformers 5`in ekrana çıxacağı gün açıqlandı

`Transformers 5`in ekrana çıxacağı gün açıqlandı
  14 Fevral 2016    Oxunub:2324
“Transformers” filminin beşinci hissəsinin ekranlara çıxacağı tarix dəqiqləşib.

AzVision.az xəbər verir ki, `Paramount` studiyası filmin premyerasının 2017-ci il iyunun 23 də baş tutacağını rəsmən bəyan edib.

Rejissor kreslosunda yenə də əvvəlki hissələrin müəllifi Maykl Bey əyləşib. Mark Uolberq də filmdə iştirakını davam etdirir.

Qeyd edək ki, filmin 6 və 7-ci hissələrinin çəkiləcəyi də artıq təsdiqlənib.

`Paramount`un rəqibi `Warner Bros.` studiyası isə eyni gündə “Qodzilla 2” filmini tamaşaçılara təqdim edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti