`Putin İŞİD-dən də təhlükəlidir` - Corc Soros

`Putin İŞİD-dən də təhlükəlidir` - Corc Soros
  13 Fevral 2016    Oxunub:2612
Amerikalı milyarder Corc Soros müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Avropa üçün İŞİD-dən də təhlükəli olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Soros Putinin hədəfinin Avropa Birliyini dağıtmaq olduğunu deyib. Onun fikrincə, bunun üçün ən yaxşı vasitə suriyalı miqrantların Avropaya axınıdır.

“Putin bacarıqlı hiyləğərdir, amma o, strateji cəhətən dərin düşünə bilmir. O, Suriyada müharibə etməklə Avropaya miqrant axını genişləndirmək istəyir. Amma, Putinin Suriyaya müdaxiləsi onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin korlanmasına səbəb oldu. Bu, iki tərəfin də mənafeyinə zərər vurur”-deyə milyarder qeyd edib.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti