Qazax yolunda qəza: 2 ölü, 1 yaralı

Qazax yolunda qəza: 2 ölü, 1 yaralı
  13 Fevral 2016    Oxunub:2399
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti