Naxçıvan məktəblərində də nöqsanlar var

Naxçıvan məktəblərində də nöqsanlar var
  13 Fevral 2016    Oxunub:1630
Naxçıvan Muxtar Respublikasında incəsənət və bədii sənətkarlıq məktəblərində nöqsanlar aşkarlanıb.
Bunu Naxçıvanın mədəniyyət və turizm naziri Natəvan Qədimova qurumun təşkilatçılığı ilə Naxçıvan şəhər 2 saylı Uşaq Musiqi Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı aşkar edilib ki, bəzi hallarda bir çox məktəblərdə kadrların yerləşdirilməsi işinə diqqət yetirilməyib, müəllimlərin bəzilərinə ixtisasına uyğun olmayan dərslər verilib: “Xüsusən də kəndlərdə yerləşən məktəblərə kadr çatışmazlığı səbəbindən orta təhsilli müəllimlər yerləşdirilib ki, bu da həmin məktəblərdəki tədrisin səviyyəsinə mənfi mənada öz təsirini göstərir. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məktəblərə kadrların yerləşdirilməsi nazirliyin nəzarətinə götürülüb və 2015-2016-cı tədris ilində kadrların yerləşdirilməsi məsələsi mərkəzləşdirilib, digər məqsədyönlü tədbirlər görülüb”.


Teqlər:





Xəbər lenti