Bakıda işıqlar qənaətə görə söndürülür?

Bakıda işıqlar qənaətə görə söndürülür?
  13 Fevral 2016    Oxunub:2302
“Azərişıq” ASC bəzi Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumatda deyilir: “Son günlər bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad və s. yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlar yer alıb, səbəbini isə “Azərişıq” ASC-dən soruşurlar. “Azərişıq” ASC bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park və s. işıqlandırılması müvafiq Şəhər İcra Hakimiyyətlərinin balansındadır. Xahiş edirik ki, suallarınızı Şəhər İcra Hakimiyyətlərinə ünvanlayasınız”.

AzVision.az


Teqlər:





Xəbər lenti