Bir gündə iki meyit tapıldı

Bir gündə iki meyit tapıldı
  12 Fevral 2016    Oxunub:1707
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.

FHN-in əməkdaşları mənzildə 1950-ci il təvəllüdlü Jiqalkin Valeri Valentinoviçin cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa Altıağacda kənd sakininin meyiti tapılıb. Məlumata görə, fevralın 11-də Xızı rayonunun Altıağac kəndində kənd sakini Rövşən Sadıqovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti