` Bu qədər bələdiyyə nəyə lazımdır?`

` Bu qədər bələdiyyə nəyə lazımdır?`
  12 Fevral 2016    Oxunub:2259
“Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib. nun sözlərinə görə, növbəti bələdiyyə seçkilərinə qədər müəyyən addımlar atılmalı, eləcə də bələdiyyələrin birləşdirilməsi prosesi davam etməlidir.

S. Novruzov Azərbaycanda 5300 bələdiyyə olduğunu xatırladıb: `Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?.

Məsələn Yasamal rayonu. Bu rayondan 3 deputat, 19 bələdiyyə sədri seçilir. Bu qədər bələdiyyə nəyə lazımdır? Belə olan halda onların hamısı torpaq sahəsi və əmək haqqı tələb edir. Ona görə də bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9-dək azaldılmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmirlər. Bəzən 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçilir. Məsələ diqqətdə saxlanılmalıdır`.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti