FHN-dən
AzVision.az- a verilən məlumata görə, fövqəladə hallar nazirinin müvafiq əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına nazir müavini Tapdıq Əmiraslanov sədr təyin ediib. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.
Apellyasiya Şurası Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə ünvanında – Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.