Suriyada atəşkəs elan edildi – ABŞ-la Rusiya razılaşdı

Suriyada atəşkəs elan edildi – ABŞ-la Rusiya razılaşdı
  12 Fevral 2016    Oxunub:3163
Münhendə keçirilən danışıqlar zamanı Suriyada bir həftəlik atəşkəs rejiminin əldə edilməsi ilə bağlı tərəflər razılığa gəliblər.
AzVision.az NBC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri açıqlama verib.

Suriyaya Dəstək Beynəlxalq Qrupunun yekun bəyanatında vurğulanıb ki, məsləhətləşmələrdən sonra müxalifət və hökumət razılaşdırılmış tədbirlərin icra ediləcəyinə dair üzərilərinə öhdəlik götürməlidirlər. Məhz bundan sonra bir həftə ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulub.

Rusiya XİN rəhbəri Sergey Lavrov vurğulayıb ki, atəşkəs rejimi BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları kimi tanınan qruplaşmalara şamil edilmir.

Lavrov, həmçinin ABŞ və Rusiya hərbçiləri arasında birbaşa təmasların qurulmasının vacib olduğunu qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti