`Zakir Həsənov nazir oğullarını orduya çağırıb`

`Zakir Həsənov nazir oğullarını orduya çağırıb`
  12 Fevral 2016    Oxunub:4607
Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın dəqiq və mötəbər hesabatları ilə seçilən Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı Qüvvələri sırasında 50-ci yerə layiq görülüb.

AzVision.az xəbər verir ki, Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə - imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.



2013-cü il oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov müdafiə naziri təyin edilib. Səfər Əbiyev tutduğu postdan kənarlaşdırılıb.

Zakir Həsənov bu təyinatadək daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti