Keçmiş baş nazir XİN rəhbəri təyin olundu

Keçmiş baş nazir XİN rəhbəri təyin olundu
  12 Fevral 2016    Oxunub:2272
Jan-Mark Eyro Fransanın yeni Xarici İşlər naziri vəzifəsinə təyin olunub.
Bu barədə Yelisey sarayının Twitter səhifəsində məlumat verilib.

Qeyd edək ki, Jan-Mark Eyro 2012-ci ilin mayın 15-dən 2014-cü ilin 31 mart tarixinə kimi Fransanın Baş naziri vəzifəsində çalışıb.

Hazırda onun 66 yaşı var.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın təsdiq etdiyi Nazirlər Kabinetinin yeni heyəti də açıqlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti