Şər-böhtan yazan saytlar Azay Quliyevdən üzr istədi

Şər-böhtan yazan saytlar Azay Quliyevdən üzr istədi
  11 Fevral 2016    Oxunub:4220
29 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında xeber.info və arqument.az saytlarında böhtan və şantaj xarakterli yazı dərc edilib.

Bu barədə AzVision.az - a məlumatı Şuranın mətbuat xidməti verib.

Bildirilib ki, Şura qeyd olunan qanunazidd əməllərin araşdırılması, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanının işgüzar nüfuzuna kölgə salmağa çalışan yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib:

“Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyasının 5 fevral 2016-cı il iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri Şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və MŞ-nın çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar.

Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan götürülməsi, təkzib verilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib.

Bu gün xeber.info və arqument.az saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və Şura sədri Azay Quliyevdən üzr istəyiblər. Mətbuat Şurasının göndərdiyi məktub əlavə olunur” – deyə xəbərdə qeyd olunub.


Teqlər:  





Xəbər lenti