Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  11 Fevral 2016    Oxunub:1504
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlədə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarından əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti