`Günəşli`dəki yanğın tamamilə söndürüldü

`Günəşli`dəki yanğın tamamilə söndürüldü
  11 Fevral 2016    Oxunub:3240
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin vaxtdan etibarən yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb.

Qeyd edək ki, ötən il dekabrın 4-də Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib.

Hadisə baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.


Teqlər:  





Xəbər lenti