Ötən gün nə ilə yadda qaldı? - Xronika

Ötən gün nə ilə yadda qaldı? - Xronika
  10 Fevral 2016    Oxunub:2688
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələrlə yadda qaldı. Hansı xəbərlər geniş müzakirələrə səbəb oldu? Fevralın 9-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycana ova gələn ərəblər qəzada öldü

Ərəblər İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

***

Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Rusiyanın hərbi gəmiləri Cənub Hərbi Dairəsi qoşunlarının döyüş qabiliyyətliliyin yoxlanılması çərçivəsində Qara və Xəzər dənizlərində şərti düşmənin sualtı qayıqları və minaların axtarışı üzrə tapşırıqları yerinə yetirirlər.

***

Azərbaycanlıların ad problemi...

Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.

***

Ərəblər Xoşbəxtlik Nazirliyi yaratdılar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin strukturunda dəyişikliklər edilərək iki yeni - Xoşbəxtlik və Tolerantlıq Nazirlikləri yaradılıb. Hökumətin strukturlarında dəyişikliklərin baş verməsi xəbərini öz `Twitter` səhifəsində BƏƏ-nin baş naziri, Dubayın əmiri Məhəmməd əl-Maktum yazıb.

***

Evlənmək istəyən 269 nəfər xəstə çıxdı

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının əvvəlinə qədər müayinədən 94 400 nəfər keçib. 1 iyun - 31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84 600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

***

Gürcüstan İranla viza rejimini ləğv edir

İran prezidenti Həsən Ruhani ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında telefon danışığı olub. İran prezidenti Tehran və Tbilisinin iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün böyük potensiala malik olduqlarını bildirərək, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin münasibətlərin inkişafına yardım edəcəyini qeyd edib.

***

Arda `Barselona`dan ayrıla bilər - 100 milyonluq təklif

İspaniyanın `Barselona` klubu və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan mövsümün sonunda Çin liqasında oynaya bilər. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

***

`Bütün şikayətlər araşdırılacaq` - Nazir müavini

"Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılmasına başlanılıb. İqtisadiyyat Nazirliyində də şura yaradılıb". Bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

***

İmişlidə ölən ərəblər qanunsuz ov edirmişlər...

Dünən gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

***

Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər

Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, icazələrin sayının azaldılması ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim olunub.

***

Messi dünyanın ən bahalı maşınını aldı

İspaniyanın `Barselona` klubunun və Argentina millisinin üzvü Lionel Messi dünyada ən bahalı avtomobili – 1957-ci ilin `Ferrari 335 S Spider Scaglietti` yarış maşını alıb.

***

Bələdiyyələrlə bağlı işçi qrup yaradıldı

Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzənin müzakirəsi zamanı deyib.

***

İstehlak kreditlərinin həcmi artıb - Mərkəzi Bank

Mərkəzi Bank ötən ilin yekunlarına dair hesabatını açıqlayıb. 2015-ci ilin yanvarın 1-nə Azərbaycan kredit təşkilatları tərəfindən 21 milyard 718 milyon manat kredit qoyuluşunun 8 milyard 383,6 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub. Bu isə son bir ayda 853,6 milyon manat və ya 11,33% artım deməkdir.

***

Ermənilər yeni soyqırıma başladılar - (Video)

"Suriyadakı ermənilərin davranışları artıq onların idarə olunduqlarını, köləlik etdiklərini göstərir. Cihadımızda onların, ermənilərin də cəzası verilməlidir. Bu cəlladlar vətəndaş müharibəsindən istifadə edərək bizə, müsəlmanlara divan tuturlar".

***

Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Ermənilər və ruslar eyni vaxtda təlimə başladı

`Ermənistan Müdafiə Nazirliyinin beşinci ordu korpusunun və Rusiyanın 102-ci hərbi bazasının eyni gündə hərbi təlimə başlaması sırf təsadüfdür`.

***

Azərbaycanda “donuz qripi”nə qarşı vaksin yoxdur

““Donuz pripi” və digər təhlükəli viruslar əleyhinə dövlət xəstəxanalarında vaksinlər yoxdur. Kim istəyirsə, özəl klinikalarda peyvənd oluna bilər”.

***

Türkiyə bankları Rusiyanı tərk edir

Türkiyəli biznesmenlərə məxsus olan Rusiyanın Avropa Kredit Bankı satışa çıxarılıb. Bu barədə Rusiyanın `Kommersant` qəzeti bank sektorunda olan mənbəyə istinadən xəbər verir. Nəşr qeyd edir ki, bu addım Türkiyədən olan oyunçuların Rusiya bank sektorunu kütləvi şəkildə tərk etməsi anlamına gələ bilər.

***

Mərkəzi Bankın səlahiyyətləri əlindən alınır?

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunu şərh edib.

PA rəsmisi bildirib ki, ilk publik hüquqi şəxs - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək: “Qeyd edim ki, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu Palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Cənab Prezidentin tapşırığı ilə bu qurumun Nizamnaməsinin layihəsi bir aya hazır olacaq”.

Yeni yaradılan qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşəcəkmi sualına Ş.Əliyev “bütün funksiyalar bölünəcək” deyə cavab verib: “Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur”.

Mərkəzi Bankın maliyyə bazarına nəzarət funksiyasının əlindən alınması məsələsini şərh edən hüquqşünas Əkrəm Həsənov hesab edir ki, indiyə qədər Mərkəzi Bankın maliyyə bazarına nəzarət etməsi düzgün deyild

***

PKK liderləri Qarabağa köçür

“Son zamanlar Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlarla bağlı terrorçuların liderləri Kandildəki düşərgədən Ermənistanın işğal etdiyi və Azərbaycan ərazisi olan Dağlıq Qarabağa köçürülürlər”.

***

Erməni əsgər hərbi hissədən qaçdı

Ermənistanın müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, 19 yaşlı Əziz Bakoyan fevralın 6-da Dilijanda yerləşən hərbi hissəni özbaşına tərk edib.

***

Neftin qiyməti ilə bağlı bədbin proqnoz

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təklifi ilə bağlı proqnozunu artıraraq hazırkı vəziyyətdə qiymətlərin daha çox azalacağını bildirib.

Qurum İran və İraq kimi OPEK-ə üzv ölkələrinin bazarda neft təklifini artırdığı və tələbatın azalacağı qənaətindədir. IEA-ya görə, bu ilin ilk rübündə bazarda təklif tələbata nisbətdə gündəlik orta hesabla 1,75 milyon barel çox olacaq.

***

İlhamə Quliyevanın oğluna cinayət işi açıldı

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb. Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməklə gündəmə gələn O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

***

Azərbaycanda 15 mindən çox iş yeri açılacaq

Ötən il 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazirlikdə geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötənilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək.

***

Təqaüdlər hansı prinsiplərlə veriləcək? - Yeni qaydalar

Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib. Görüşdə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda dəyişikliklər edilməsi barədə” ölkə prezidentinin sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub.

***

250 mindən çox neftçi işsiz qalacaq

Neftin qiymətlərinin aşağı olması səbəbindən dünya üzrə 250 min neftçi işsiz qala bilər.

***

`Həyatında heç kim yox idi` - Bacısı intihar edən jurnalist

“Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb”.

Bunu ötən gün canına qəsd edən 23 yaşlı Nigar Vahabovanın bacısı, İctimai televiziyada redaktor işləyən Aytac Vahabova bacısının ölümü ilə bağlı açıqlamasında deyib.

***

Sarkisyanın dindirilə bilər

Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib.

***

İranda qadın nazir müavini oldu - Tarixdə ilk dəfə

İranın neft naziri Bijən Namdar Zəngənə ilk dəfə olaraq, qadını öz müavini və National Petrochemical Company (NPC) dövlət neft-kimya şirkətinin idarəedici direktoru təyin edib. Bu postu tutmaqla tarixə düşən qadın nazir müavini Mərziyə Şahdaidir.

***

Roma papası Azərbaycana gəlir

Roma papası Fransiskin Azərbaycana səfəri gözlənilir.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti