Ermənistanın İŞİD qorxusu - FOTO

Ermənistanın İŞİD qorxusu - FOTO
  09 Fevral 2016    Oxunub:5200
Ermənistan İŞİD-in hədəfi ola biləcəyindən narahatdır

Son zamanlar Ermənistanın gündəmində olan, lakin rəsmilərin inkar etdiyi - Suriyada İŞİD-ə qarşı döyüşən ermənilərin olması xəbəri öz təsdiqini tapıb. Sosial şəbəkələrdə erməni yaraqlılarının Suriya əsgərləri ilə birgə fotoları yayılıb.

Fotolarda silahlıların erməni və Suriya bayraqlarını nümayiş etdirməsinə və maşınlarda Suriya bayraqları ilə döyüşə gedən ermənilərə yazılan rəylər sosial şəbəkə istifadəçilərinin bəzilərində maraq doğursa da, bu, bir çoxunu təşvişə salıb.

Rəylərdə Suriya vətəndaşları olan Zabel Qevorqi Torosyan, Ohanesi Kalbank Xetimyan, Qaraqin Bogaryan, Salim Sarqi Andraniki, Maniel Hovhanesi Keşişyan, Levon Avetis Ketencyan, Harutyun Krikuri Kicaryanın Suriyadan Ermənistana tez-tez səfər etdikləri bildirilir. İddia edilir ki, onlar Ermənistanda kasıb gəncləri ətraflarına toplayaraq Suriyaya döyüşə aparırlar.



Ermənistanın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış bu xəbər ölkə müxalifətinin narahatçılığına səbəb olub. Onlar Suriyada İŞİD əleyhinə döyüşən silahlıların ölkəyə qayıtmasından narahatdırlar.

Lragir.am saytının siyasi şərhçisi Hakob Badalyan rəsmi İrəvanı Ermənistanın İŞİD-in hədəfinə çevirilməsinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, Suriyada hökümət qüvvələrinin nəzarətində olan ərazilərdə hazırda 5 minə qədər erməni ailəsi yaşayır. İŞİD təhlükəsindən qaçıb Ermənistana sığınmaq istəyən Suriya erməniləri Dağlıq Qarabağda məskunlaşmaqdan narazıdırlar. Belə ki, onlar yenidən döyüş ərazisində yaşamaqdansa, Suriyada öz torpaqlarında qalmağı üstün tuturlar.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti