Doğuş zamanı daha bir faciə

Doğuş zamanı daha bir faciə
  07 Fevral 2016    Oxunub:2086
Bərdədə doğuş zamanı uşaq ölüb.
Ağdam rayon Paşabəyli kənd sakini 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə Mərkəzi rayon Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan, ananın həyatını xilas etmək üçün, cərrahiyyə yolu ilə gerçəkləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri Quliyeva APA-ya açıqlamasında bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: “UZİ də uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər. (Apa)


Teqlər:  





Xəbər lenti