Paralimpiya hərəkatı haqqında film çəkildi

Paralimpiya hərəkatı haqqında film çəkildi
  06 Fevral 2016    Oxunub:2296
Lider TV "Gənclər" redaksiyası Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunan film çəkib.

"Hünərin gücü" adlanan ekran əsərində paralimpiya ailəsinin 37 üzvü yer alıb. Çəkilişlər Bakı və Sumqayıt şəhərlərində aparılıb. Filmdə idmançıların Paralimpiya Oyunlarında, İlk Avropa Oyunlarında, dünya, Avropa çempionatlarında əldə etdikləri uğurlardan bəhs olunur. Paralimpiya Komitəsinin 20 illik inkişaf dinamikasından söhbət açılır. Film fevralın 8-i saat 22.00-da Lider TV-də nümayiş olunacaq.

Xatırladaq ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 9 fevral 1996-cı ildə təsis olunub. Komitəyə İlqar Rəhimov rəhbərlik edir.




Teqlər:  





Xəbər lenti