Əli Kərimlinin `Formula-1` yalanı ifşa edildi

Əli Kərimlinin `Formula-1` yalanı ifşa edildi
  06 Fevral 2016    Oxunub:7786
AXCP sədri Əli Kərimli və onun zombiləşmiş komandası Azərbaycanda keçirilən beynəlxalq səviyyəli yarışlara kölgə salmaq üçün əlindən gələni edir.

Əli Kərimli bəzən yerini səhv salaraq özünü iqtisadçı, bank üzrə ekspert, torpaqşünas, Facebook fəalı və nəhayət “Formula-1” üzrə şərhçi kimi cəmiyyətə sırımaqdan belə çəkinmir. Onun Facebook-dakı son statuslarından biri Bakıda keçiriləcək “Formula-1” yarışına xərclənən pullarla bağlıdır. Adıçəkilən yarışın maliyyə vəsaitləri kommersiya sirri olduğu halda, Əli Kərimlinin konkret rəqəmlər səsləndirməsi onun ekstrasens olub-olmaması ilə bağlı sual yaradır.

“Formula-1” yarışlarının şərhçisi Rəhim Əliyev Əli Kərimlinin iddialarını rədd edib.

AzVision.az-a açıqlama verən R.Əliyev bildirib ki, “Formula -1” yarışlarında bütün maliyyə vəsaitləri kommersiya sirri kimi qorunur.

Onun sözlərinə görə, “Formula-1” üzrə “ekpertlik” edən Əli Kərimli yarışlara nə qədər pulun xərcləndiyini haradan bilə bilər?.

R.Əliyevin fikrincə, elə məlumatlar var ki, “Formula-1”-in rəhbəri Berni Ekklstoun da bunları bilmir: “Məsələn, ayrı-ayrı sürücülərin əmək haqqı, komandaların büdcələri və s. Azərbaycanda keçiriləcək yarışa gəlincə, Əli Kərimlinin yarışa çəkiləcək xərclərlə bağlı iddialarının heç bir əsası yoxdur. Azərbaycan yol çəkilişi üçün 12 milyon pil xərcləyəcək. Bu yol 10 il ərzində hər yarışda istifadə olunacaq. Yəni hər il yol çəkilməyəcək. Eyni zamanda 30 milyona sökülüb-yığılan kompleks tikiləcək. Bu kompleksdən də yarışların keçirildiyi illər ərzində istifadə olunacaq. Amma, müxalif saytların, qəzetlərin bu rəqəmləri haradan əldə etdikləri bilinmir”.

R.Əliyev bildirib ki, indiyədək “Formula-1” yarışlarını izləməyən Əli Kərimli özünü bu sahədə “ekspert” kimi təqdim edir: “Bu adamlar dövlət hər hansı bir tədbir keçirirsə, ona qara yaxmağa çalışırlar. Dünya prakaktikasında belədir ki, yarışın keçiriləcəyi yolun çəkilişi və müəyyən olunmuş tikinti işlərini yarışı keçirən ölkə öz üzərinə götürür. İdmançıların, komandaların, avadanlıqların daşınma xərcini Azərbaycan ödəməyəcək. Bütün bu xərcləri “Formula-1” təşkilatı özü ödəcəyəcək”.

Sərhçinin sözlərinə görə, Azərbaycan bu yarışı keçirməklə xeyli gəlir əldə edəcək: “Bakıya gələn komandaların üzvləri, yarışları izləməyə gələnlər tamaşaçılar bizim otellərdə qalacaq, restoranlarımızda yemək yeyəcəklər. Bunların hər biri ölkəyə valyuta axını deməkdir. Belə qara fikirli insanlar bunu görmürlər. Onlar yalnız ölkənin imicinə ləkə yaxmaqla məşğul olurlar”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti